Ramil Şeydayevin klubunda 4,5 illik müqavilə

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Dinamo” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisi “Krasnodar”dan Dmitri Skopintsevi transfer edib. Bu barədə “Dinamo”nun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.

“Dinamo”nun yetirməsi olan Skopintsev, “Leyptsiq”, “Liferinq”, “Rostov”, “Baltika” kimi klubların formasını geyinib. Müdafiəçi 2019-cu ilin fevralından “Krasnodar”da çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button