Emil Balayevin klubunda ayrılıq

Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” klubunda ayrılıq baş verib.

Komanda.az xəbər verir ki, müdafiəçi Viktor Dmitrenko Kostanay təmsilçisi ilə bitən müqaviləsini yeniləməyib və komandadan ayrılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu rəsmi sayt vasitəsilə “Tobol” klubunun azarkeşlərinə təşəkkürünü bildirib.

2016-cı ildən “Tobol”da forma geyinən Dmitrenko son mövsümdə Qazaxıstan çempionatında 31 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button