Azərbaycan millisinin üzvü Almaniya Bundesliqasının qalibi oldu

COVİD-19 pandemiyası üzündən yarımçıq dayandırılan şahmat üzrə Almaniya Bundesliqası başa çatıb.

Komanda.az xəbər verir ki, uzun fasilədən sonra keçirilən Almaniya Bundesliqasının son dörd turun oyunlarının nəticəsində Azərbaycan yığmasının üzvü Arkadiy Naydiçin çıxış etdiyi “Baden-Baden” kollektivi Bundesliqanın qalibi olub. Çempionatı üçüncü pillədə bitirən “Verinheym” komandasının heyətində çıxış edən həmyerilimiz Şəhriyar Məmmədyarov isə son dörd turu yaxşı səviyyədə keçirməklə Bundesliqanın bürünc medalının sahibi olub. Bundan əlavə, Məmmədyarov reytinq cədvəlində irəliləməyi də bacarıb. Beləliklə, Məmmədyarov çempion adını qazanan “Baden-Baden” klubunun üzvü Fabiano Karuana və niderlandlı Ervi Lami ilə heç-heçə, fransız Loran Frisenet və ABŞ-lı Qata Qamskiy üzərində qazandığı qələbələr sayəsində reytinqini 6,2 qaldırmaqla dünya reytinq sıralamasında 7-ci pilləyə yüksəlib (2770.2).

Xatırladaq ki, bu, Şəhriyar Məmmədyarovun 6 aylıq fasilədən sonra ilk rəsmi canlı yarışı idi.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button