Salam, köhnə tanış!

Futzal üzrə AÇ-2022-nin final mərhələsində millimiz D qrupunda Bosniya və Herseqovina, İspaniya və Gürcüstanla qarşılaşacaq.

Komanda.az xəbər verir ki, oyunlar gələn il yanvarın 22-də, 26-da və 29-da Niderlandda keçiriləcək.

Komandamız bu rəqibləri ilə müxtəlif vaxtlarda rəsmi oyunlarda qarşılaşıb. Gürcüstanla 3 oyunun ilkində heç-heçə etmişiksə, qalan 2 matçda qələbə qazanmışıq. Ən çox qapısına yol tapdığımız komandada elə Gürcüstan millisidir – 17:10.

Bosniya və Herseqovina ilə baş tutmuş 2 dueldə də sevinən tərəf Azərbaycan millisi olub. Qolların nisbəti isə belədir: – 8:6.

İspanlarla hər 3 oyun isə uğursuz alınıb. Üç oyunda onları 5 dəfə məyus etmişik – 5:13.

DÇ-2000 (seçmə mərhələ – Xorvatiya)
28.02.2000. Gürcüstan – 6:6

AÇ-03 (seçmə mərhələ – Portuqaliya)
09.11.2002. Gürcüstan – 4:1

AÇ-05 (seçmə mərhələ – Serbiya)
30.01.2005. Gürcüstan – 7:3

AÇ-12 (seçmə mərhələ – Azərbaycan)
27.02.2011. İspaniya – 3:8

AÇ-2014 (seçmə mərhələ – Slovakiya)
28.03.2013. Bosniya və Herseqovina – 3:2

DÇ-2016 (final mərhələsi – Kolumbiya)
15.09.2016. İspaniya – 2:4

AÇ-2018 (seçmə mərhələ – Azərbaycan)
08.04.2017. Bosniya və Herseqovina – 5:4

(final mərhələsi – Sloveniya)
04.02.2018. Azərbaycan – İspaniya 0:1

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button