Azərbaycan millisinin rəqibləri bəlli oldu

Futzal üzrə Azərbaycan milli komandasının final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək dünya çempionatının əsas mərhələsindəki son 2 rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız Slovakiya ilə bərabər Moldova və Monteneqro komandaları ilə qarşılaşacaq. İlkin mərhələdə çıxış edən Moldova H qrupunun qalibi, Monteneqro isə G qrupunun ikincisi kimi mübarizəni davam etdirmək hüququ qazanıb.

Qeyd edək ki, millimizin yer aldığı 3-cü qrupun oyunları oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək. Qrupda ilk iki yeri tutacaq komanda elit-raunda vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button