Azərbaycan millisinin rəqibinin heyəti açıqlandı SİYAHI

Futbol üzrə Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının heyəti açıqlanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz AÇ-2020-nin seçmə mərhələsində Slovakiya və Xorvatiya ilə qarşılaşacaqları oyunlar üçün 26 futbolçuya dəvət göndərib.

Uels millisi oktyabrın 10-da Slovakiya, 13-də isə Xorvatiya ilə qarşılaşacaq.

Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”, İngiltərə), Denni Uord (“Lester”, İngiltərə), Adam Deyvis (“Stok Siti”, İngiltərə);

Müdafiəçilər: Etan Ampadu (“Leyptsiq”, Almaniya), Eşli Uilyams (“Bristol Siti”, İngiltərə), Ben Deyvis (“Tottenhem”, İngiltərə), Kris Qunter (“Ridinq”, İngiltərə), Tom Loker (“Çarlton”, İngiltərə), Kris Mepham (“Bornmut”, İngiltərə), Co Rodon, Konnor Roberts (hər ikisi “Suonsi”), Neyl Teylor (“Aston Villa”, İngiltərə);

Yarımmüdafiəçilər: Aron Remzi (“Yuventus”, İtaliya), Co Allen (“Stok Siti”, İngiltərə), Daniel Ceyms (“Mançester Yunayted”, İngiltərə), Co Morrell (“Linkoln”, İngiltərə), Mettyu Smit (“Kuinz Park Reyncers”, İngiltərə), Uill Vaulks (“Kardiff”), Harri Uilson (“Bornmut”, İngiltərə), Tom Lourens (“Derbi Kaunti”, İngiltərə), Conni Uilyams (“Çarlton”, İngiltərə);

Hücumçular: Qaret Beyl (“Real”, İspaniya), Tayler Roberts (“Lids”, İngiltərə), Rabbi Matondo (“Şalke”, Almaniya) Kifer Mur (“Viqan”, İngiltərə), Sem Uoks (“Stok Siti”, İngiltərə).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button