Azərbaycan millisinin rəqibinin baş məşqçisinə 30 milyonluq təklif

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç postunu tərk edə bilər.

Komanda.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Çinin “Dalyan İfan” klubu 53 yaşlı mütəxəssisə təklif göndərib. Çin təmsilçisi Daliçə hər mövsüm 10 milyon avro qazanacağı 3 illik müqavilə təklif edib.

Xorvatiya Futbol İttifaqı ilə 2020-ci ilin sonunadək müqaviləsi olan Daliçinin illik məvacibi 1 milyon avro təşkil edir.

Xorvatiya yığması Daliçin rəhbərliyi altında DÇ-2018-də ikinci yeri tutub.

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində ilk oyununu martın 21-də səfərdə Xorvatiya yığmasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button