Azərbaycan millisinin rəqibi iki yoxlama oyunu keçirəcək

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Gürcüstan yığması təlim-məşq toplanışına başlayıb.

Komanda.az xəbər verir ki, komanda yanvarın 11-dən etibarən məşqlərini Tiflisdə davam etdirir.

Qonşu ölkə yığması hazırlıq çərçivəsində iki yoxlaşma oyunu da keçirəcək. Rəqibimiz yanvarın 15-də və 16-da, Tiflis İdman Sarayında saat 18:00-da Tacikistan millisi ilə üz-üzə gələcək. Komanda Niderlanda yanvarın 19-da yollanacaq.

Baş məşqçi Avtandil Asatiani toplanışa bu futzalçıları dəvət edib:

Qapıçılar: Zviad Kupatadze (Qazprom Yuqra, Rusiya), Aleksandr Jamburiya (Telasi), Tornike Bukita (Kemi, Finlandiya);

Oyunçular: Çakinya (Palma, İspaniya), Elisandro (Braqa, Portuqaliya), Bruno Petri Branko (Jaen, İspaniya), Tales Feyto (Kandoso, Portuqaliya), Roninyo (Halle-Qooik, Belçika), Villiam (Qazprom Yuqra, Rusiya), İrakli Todua (Telasi), Şota Topuriya (Telasi), Arçil Sebiskveradze (Qomeli, Belarus), Nikoloz Kurtanidze (PSP), Giorgi Qavtadze (Sibir, Rusiya), Vaxtanq Jvaraşvili (Telasi), Nukri Çumburidze (Telasi), Vaxtanq Kekeliya (Sipari, Tacikistan).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button