Azərbaycan millisinin rəqibi əvvəl uddu, sonra uduzdu

19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Sloveniya yığması iki yoldaşlıq oyunu keçirib.

Komanda.az xəbər verir ki, martın 16-da Serbiyadan olan həmyaşıdları ilə dueldən 6:0 hesabı ilə qalib ayrılan rəqibimiz, ertəsi gün yenilgi ilə üzləşib. Bu dəfə serblər 8:4 hesabı ilə qələbə qazanıb.

Sloveniya yığması bu heyətlə mübarizə aparıb: Max Vesel, Jure Vetrih, Matej Ahçin, Vanç Florjançiç, Marko Mohoriç, Timotej Debeljak, Marko Byelçeviç, Tilen Qayser, Maks Vidmar, Maks Rotar, Tod Ciuha, Patrik Osredkar, Vid Kos.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button