Azərbaycan millisinin oyununu 15 minə yaxın uşaq izləyəcək

Futbol üzrə Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstanla səfər matçını stadionda 15 minə yaxın uşaq izləyəcək.

Komanda.az xəbər verir ki, Macarıstan Futbol Federasiyası millimizlə oyunun baş tutacağı “Qroupama Arena”nı 14 yaşına çatmamış uşaqlarla doldurmaq üçün UEFA-nın intizam kodeksindən yararlanmaq qərarına gəlib.

UEFA Macarıstan millisinə bir oyunluq cəza verib. Lakin 14 yaşdan kiçik uşaqlar qarşılaşmanı tribunadan izləyə bilər. Federasiya beş gün ərzində, təxminən, 15 minə yaxın müraciəti qeydiyyata alıb. Bununla əlaqədar stadionun qapıları daha erkən açılacaq.

Macarıstan yığması azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbindən sanksiya ilə üzləşib. Qərara əsasən, sözügedən kollektiv növbəti ev oyununu azarkeşsiz keçirməli, milli federasiya isə 67,125 avro cərimə ödəməlidi.

Qeyd edək ki, Macarıstan – Azərbaycan matçı oktyabrın 13-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button