Azərbaycan millisinin oyununun vaxtı və stadionu müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyn yığması ilə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə oyunu 2019-cu il iyunun 6-da, Esşen şəhərindəki “Sportpark Esşen Mauren” stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button