Azərbaycan millisinin oyunu qapalı keçiriləcək

Futzal üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində yanvarın 29-da, saat 18.00-da Bakı İdman Sarayında Azərbaycan – Slovakiya oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, oyun qapalı qapılar arxasında keçiriləcək. Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüş azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button