Azərbaycan millisinin məşqçisi: “Maradonanın formasını geyindiyim üçün utanıram”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Klaudio Beluççi Argentina yığmasının və İtaliyanın “Napoli” klubunun keçmiş futbolçusu Dieqo Maradonanın ölümü barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, əfsanəvi oyunçudan sonra 1997-2001-ci illərdə Neapol təmsilçisinin heyətində 10 nömrəli formanı geyinmiş veteran hücumçu bunu sözlə ifadə etməyin mümkünsüz olduğunu bildirib:

“Oğluma “Napoli”nin formasını, xüsusilə 10 nömrəli futbolkanı daşımağın nə demək olduğunu izah etmişəm. Bu formadan cəmi ikisi qalıb. Biri məndə, digəri isə anamdadır. Hər ikisi çərçivədə divardan asılıb. Hərdən elə düşünürəm ki, vəzifəmin öhdəsindən gələ bilməmişəm. Hətta həmin formanı daşıdığım üçün bir az utanıram. O, hər zaman mənim ağlımda və ürəyimdə qalacaq”.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. O, 1984-1991-ci illərdə “Napoli”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button