Azərbaycan millisinin lideri tanınmış vəkilin oğlu ilə ailə qurdu

Qadın şahmatçılardan ibarət millimizin üzvü Günay Məmmədzadə ailə həyatı qurub.

Komanda.az xəbər verir ki, Avropa çempionatının ikiqat bürünc mükafatçısı tanınmış vəkil Aslan İsmayılovun oğlu Ziyəddin Aslanla evlənib.

Toy mərasimindən fotonu qrossmeysterimiz Şəhriyar Məmmədyarov paylaşıb.

Qeyd edək ki, Günay Məmmədzadə Azərbaycan tarixində ən yüksək FİDE reytinqinə malik qadın şahmatçıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button