Azərbaycan millisinin iştirak edəcəyi turnirin yeni vaxtı açıqlandı

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin mübarizə aparacağı kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi məlum olub.

Komanda.az xəbər verir ki, koronavirus səbəbiylə təxirə salınan turnir 2021-ci ilin 28 iyun-3 iyul aralığında keçiriləcək. Bu barədə Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisi turnirdə B qrupunda Ermənistan, İrlandiya və Andorra ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button