Azərbaycan millisinin iki oyunu eyni stadionda

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki iki ev oyununun yeri məlum olub.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığmalarına qarşı keçirəcəyi oyunlar 8-ci km stadionunda təşkil olunacaq.

Buna səbəb, Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxtın nəzərə alınmasıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button