Azərbaycan millisində məcburi dəyişiklik

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın 7-ci turunda keçirilmiş “Neftçi” – “Səbail” oyununda zədələnən Səlahət Ağayevin əvəzinə millinin heyətinə “Sumqayıt” klubundan Mehdi Cənnətov dəvət olunub.

“Neftçi” “Səbail”i 2:1 hesabıyla məğlub edib.

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button