Azərbaycan millisinin heyəti açıqlandı SİYAHI

Sentyabrın 18-dən 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, sentyabrın 21-dən 26-dək Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup” beynəlxalq turnirdə iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandası turnir çərçivəsində Qazaxıstan, Rusiya və İranla mübarizə aparacaq. Yığmanın baş məşqçisi Joze Alesio Da Silva bu oyunlar üçün 14 futzalçıya dəvət göndərib:

1 Hüseynli Rövşən – Araz
2 Kürdov Emin – EKOL
3 Fərzəliyev Rizvan – Araz
4 Çövdarov Ramiz – Araz
5 Atayev İsa – Araz
6 İsmayılov Nihad – Araz
7 Bağırov Xətai – Araz
8 Borisov Vitali – Marafon
9 Teles Martins Thiaqo – Nikel (Rusiya)
10 Kardoso Everton – Levante (İspaniya)
11 Fernandes Da Silva S Amadeu – Sparta (Praqa, Çexiya)
12 Poletto Fabio Jose Feldi – Eboli (İtaliya)
13 Melo Borqes Eduardo – ACCES Futsal (Fransa)
14 Oliveira Do Naskimento Uilliams – Al Arabi (Küveyt)

“Caspian Cup” turniri

22 sentyabr
13:00 Qazaxıstan – İran
16:00 Rusiya – Azərbaycan

23 sentyabr
16:00 İran – Azərbaycan
19:00 Qazaxıstan – Rusiya

25 sentyabr
15:00 Azərbaycan – Qazaxıstan
18:00 Rusiya – İran

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button