“Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik”

Futzal üzrə Yunanıstan yığmasının baş məşqçisi Yannis Ziavas Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik. Çünki bu komandanın heyətində istedadlı, fərdi oyun keyfiyyətlərinə görə seçilən futzalçılar yer alıb. Biz də çalışdıq öz oyunumuz oynayaq, tamaşaçılar meydanda baxımlı futzal izləsinlər. Bacardığımızı etdik. Təbii ki, bu cür oyunlar bizim təcrübə toplamağımız baxımından vacib idi. Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə uğurlar arzulayırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button