Azərbaycan millisinin elit-raunddakı oyunlarının başlama vaxtı açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının elit-raund mərhələsindəki oyunlarının başlama saatı məlum olub.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 1-ci qrupda mübarizə aparacaq millinin hər 3 görüşü saat 14:00-da start götürəcək.

Azərbaycan ilk iki matçını “Krasnodar” klubunun akademiyasının meydanında, son oyununu isə “Kuban”ın stadionunda keçirəcək.

Vüqar Məmmədin rəhbərlik etdiyi komandanın qrupdakı ilk oyunu martın 20-də Rusiyaya qarşı olacaq. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ayın 23-də İrlandiya, 26-da isə Rumıniya ilə üz-üzə gələcək.

Rusiyada keçiriləcək elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button