“Azərbaycan millisini çox qaçmağa məcbur etdik”

Qadın futbolçulardan ibarət Danimarka yığmasının baş məşqçisi Lars Sonderqaard DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 8:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Topa daha çox nəzarət edərək öz oyunumuzu oynadıq. Azərbaycan millisini çox qaçmağa məcbur etdik və sonda onları yorduq. Oyun ərzində baxımlı qollar vurmağı bacardıq. Əlbəttə, nəticə və oyun bizi tam məmnun edir. Rəqib böyük hesabla məğlub olsa da, sonadək mübarizə apardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button