Azərbaycan millisi son görüşdə qələbə qazandı

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirib.

Komanda.az xəbər verir ki, yığma komanda 11-ci turda Serbiya ilə üz-üzə gəlib. Görüş Azərbaycan komandasının qələbəsi ilə bitib – 2,5:1,5.

Azərbaycan millisi yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə olimpiadanın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button