Azərbaycan millisi Monteneqro ilə heç-heçəyə razılaşdı

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib.

Komanda.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan milli komandası da bu gün növbəti oyununa çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Monteneqro yığmasıyla qarşılaşıb. Görüş UEFA-nın qərarıyla Xorvatiyada keçirilib. Rusiyalı referi Sergey İvanov idarə etdiyi matçda qapılara qol vurulmayıb.

Qrupun digər matçında Kipr Lüksemburqu qəbul edib. Üç qolun qeydə alındığı bu görüşdə isə meydan sahibləri qələbəyə seviniblər.

UEFA Millətlər Liqası, qrup mərhələsi, 5-ci tur

14 noyabr

C Liqası, 1-ci qrup

Azərbaycan – Monteneqro 0:0
Qırmızı vərəqə: İ.İvanoviç, 45+1 (ikinci sarı).
Baş hakim: Sergey İvanov (Rusiya)
Xorvatiya, “İvan Laylak-İviç” stadionu

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 10. Rəhim Sadıxov. 11. Mahir Emreli. 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 4. Rahil Məmmədov, 8. Şəhriyar Əliyev, 9. Ramil Şeydayev, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 18. Mert Çetin, 19. Mirabdulla Abbasov, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Xəyal Nəcəfov.
Baş məşqçi: Canni De Byazi.
Monteneqro: 12. Milan Miyatoviç, 2. Aleksandar Sofranaç, 5. İqor Vuyaçiç, 6. Risto Radunoviç, 7. İqor İvanoviç, 8. Marko Bakiç, 9. Stefan Muqoşa, 10. Stevan Yovetiç (k), 17. Sead Hakşabanoviç, 19. Aleksandar Sçekiç, 23. Adam Maruşiç.
Ehtiyat oyunçular: 1. Daniyel Petkoviç, 13. Miloş Draqoyeviç, 3. Saşa Baliç, 4. Marko Vuçkeviç, 11. Fatoş Beçiray, 14. Vukan Saviçeviç, 16. Vladimir Yovoviç, 18. Neboyşa Kosoviç, 20. Dino İslamoviç, 21. Aleksandar Bolyeviç, 22. Miloş Raiçkoviç.
Baş məşqçi: Faruk Hacibegiç.

Kipr – Lüksemburq 2:1
Qol: Kastanos, 34-pen; 71 – Kusulos, 5-öz qapısına.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button