Azərbaycan millisi Moldovaya qalib gəldi

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı sonuncu görüşündə Moldova ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 75:66 hesalı qələbəsi ilə başa çatıb.

Yığma komanda qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikincidə Cəbəllütariqə 115:60, üçüncü görüşündə isə Ermənistana 76:65 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button