Azərbaycan millisi son oyunda heç-heçəyə razılaşdı

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 6-cı – sonuncu turunun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması da turnirdəki son oyununa bu gün çıxıb.

Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Lüksemburqla qarşılaşıb. “Jozi Bartel” stadionunda keçirilən qarşılaşmanı almaniyalı referi Feliks Zvayer idarə edib. Komandalar arasında Bakıda keçirilən görüşdə Lüksemburq millisi 2:1 hesablı qələbə qazanmışdı. Bu oyunda isə qapılara qol vurulmayıb.

Azərbaycan yığması C Liqasının 1-ci qrupunda 6 xalla 3-cü yeri tutub. Monteneqro birinci, Kipr sonuncu olub.

Qrupun digər matçında lider Monteneqro Kipri qəbul edib və 4 cavabsız qolla qalib gəlib.

UEFA Millətlər Liqası, qrup mərhələsi, 6-cı tur

17 noyabr

C Liqası, 1-ci qrup

Lüksemburq – Azərbaycan 0:0
Matçın 45+2-ci dəqiqədə D.Sinani penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Feliks Zvayer (Almaniya)

Lüksemburq: 12. Ralf Şon, 3. Enes Mahmutoviç, 7. Lars Jerson, 9. Danel Sinani, 11. Vensan Till, 16. Leandro Barreyro, 17. Mikael Pinto, 18. Loran Yans (k), 19. Aldin Skenderoviç, 20. Edvin Muratoviç, 21. Moris Devil.
Ehtiyat oyunçular: 23. Tim Kips, 2. Seid Koraç, 4. Matias Olesen, 6. Florian Bonert, 8. Timote Ropel, 14. Stefano Bensi, 15. Sebastyen Till, 22. Marvin Martins.
Baş məşqçi: Lyuk Holts.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 7. Tellur Mütəllimov, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Musa Qurbanlı, 13. Mert Çelik, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 19. Rəhim Sadıxov, 22. Xəyal Nəcəfov.
Baş məşqçi: Canni De Byazi.

Monteneqro – Kipr 4:0
Qol
: Yovetiç, 14. Bolyeviç, 25; 28. Muqoşa, 60.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button