Azərbaycan millisi Küveyt yığmasına 5 cavabsız qolla qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt milli komandası hazırlıq çərçivəsində Azərbaycan millisi ilə yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Bakıda, “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 5:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Avtoqolun qeydə alındığı oyunda millimizin digər qollarına Orxan Məmmədov (2), Emin Mehdiyev və Elşad Manafov imza atıb.

Qeyd edək ki, Küveyt millisi Bakı toplanışı çərçivəsində millimizə qarşı mayın 7-də, 8-də və 11-də daha üç oyun keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button