Azərbaycan millisi Konyada oynamadan mərhələ adladı

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunları davam edir.

Komanda.az xəbər verir ki, mükafatlara namizədlərdən sayılan qadın həndbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk oyunda Kamerun seçməsi ilə qarşılaşmalı idi.

Rəqib meydana çıxmadığından millimizin aktivinə qələbə yazılıb.

Avqustun 9-da Əfqanıstan seçməsi ilə üz-üzə gələcək komandamız, qrup mərhələsinin avqustun 11-də olacaq son turunda İran kollektivi ilə görüşəcək.

Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.

Xatırladaq ki, Konyada keçirilən mötəbər yarışa avqustun 18-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button