“Azərbaycan millisi ilə oyunda layiqli qələbə qazandıq”

21 yaşadək futbolçulardan ibarət Norveç yığmasının baş məşqçisi Leif Gunnar Smerud AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, Bakıda 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün yaxşı başlanğıc oldu. Çox vacib olan erkən qolu vurduq. Qoldan sonra da yaxşı mübarizə apardıq və bir neçə yaxşı fürsətlər yaratdıq. Buna baxmayaraq, birinci hissədə ikinci qolu vura bilmədik. Oyunun gedişində tempi artıra bilmədik və Azərbaycan millisi oyuna nəzarəti ələ aldı. Etiraf edim ki, oyunçularımızın çoxu öz normal səviyyələrinə uyğun oynamadı. Hər şeyə rəğmən Norveç layiq olduğu qələbəni qazandı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button