Azərbaycan millisi Fransaya böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransadan olan həmyaşıdları ilə qarşılaşıb. “Stade de Lepopee”də keçirilən görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Azərbaycan millisi bundan əvvəl Slovakiyanı məğlub edib, Gürcüstana isə uduzub.

AÇ-2021, seçmə mərhələ

10 oktyabr

Fransa U-21 – Azərbaycan U-21 5:0
Qol: O.Eduard, 2; 36. D.A.Zaqadu, 40. H.Auar, 52. A.Nordin, 76.
Baş hakim: Antoniu Nobre (Portuqaliya)

Fransa: 1. Alban Lafont, 2. Kelvin Amian, 3. Dan-Aksel Zaqadu, 4. Bubakar Kamara, 8. Hussem Auar, 9. Mussa Diabi, 10. Matteo Genduzi, 17. Jeff Reine-Adelide (k), 18. Nikolas Kotsa, 20. Bubakari Sumare, 22. Odsonne Eduard.
Ehtiyat oyunçular: 16. Dimitri Bertaud, 5. Dayot Upamecano, 7. Arnaud Nordin, 12. Jan-Ricner Bellegarde, 13. Sofiane Alakouch, 14. İmran Louza, 15. Jean-Victor Makengo, 19. Amine Gouiri, 21. Christ-Emmanuel Maouassa.
Baş məşqçi: Silvain Ripoll.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 4. Hüseyn Seyliğli, 5. Nihad Tamazov, 7. Fərid Nəbiyev, 9. Rövlan Muradov, 10. İsmayıl İbrahimli (k), 11. Şakir Seyidov, 15. Barış Ekincier, 18. Anton Krivotsyuk, 20. Doğukan Öksüz.
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 3. Turan Manafov, 8. Rafael Məhərrəmli, 13. Murad Qayalı, 14. Ozan Can Kökcü, 16. Süleyman Əhmədov, 17. Elvin Cəfərquliyev, 21. Səbuhi Abdullazadə, 23. Elçin Mustafayev.
Baş məşqçi: Milan Obradoviç.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button