Azərbaycan millisinin üzvü həbs oluna bilər – seksual məzmunlu video…

Azərbaycan milli komandasının və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov həbs oluna bilər.

Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Eybar” formasını geyindiyi vaxtda komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

1 saylı Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb. İttiham olunan şəxslərin vəkillərinə işlə tanışlıq üçün 10 gün vaxt verilib.

Prokuror Enriç və Lunaya 5 il, İsrafilova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Lakin xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb edib.

Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir. Hazırda “Albasete”də forma geyinən Eddi, 2015/16 mövsümünü “Eybar”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button