Rüfət Dadaşov qol vurdu, komandası qələbə qazandı

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Dadaşovun komandası səfərdə “Las Veqas Layt”la qarşılaşıb. Görüş “Feniks Rizinq”in 2:0 hesablı qələbəsiylə başa çatıb.

Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, oyunda sonuncu qolun müəllifi olub. Hücumçu 90+5-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 8 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 23 xal toplayan “Feniks Rizinq” B  qrupunun birincisidir.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmanın Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunları üçün Rüfətə dəvət göndərməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button