Dadaşovdan növbəti qol

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Dadaşovun komandası səfərdə “Reno”yla qarşılaşıb. Görüş “Feniks Rizinq”in 1:2 hesablı məğlubiyyəti ilə bitib.

Rüfət də bu matçın iştirakçısı olub. Qarşılaşmanın 64-cü dəqiqəsində meydana daxil olan Dadaşov, 77-ci dəqiqə komandasının yeganə qoluna imza atıb.

Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 7 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 20 xal toplayan “Feniks Rizinq” B  qrupunun birincisidir.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmanın Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunları üçün Rüfətə dəvət göndərməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button