Dadaşov het-trik etdi, komandası darmadağınla qələbə qazandı – video

ABŞ-ın ikinci liqasında yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rizinq” də ilk oyununa çıxıb. Dadaşovun komandası “Portlend Timbers 2” ilə qarşılaşıb. Görüş “Feniks Rizinq”in 6:1 hesablı qələbəsiylə başa çatıb.

Oyuna start heyətdə başlayan Rüfət, bu görüşdə het-trik edib. 13, 24 və 65-ci dəqiqələrdə fərqlənən Dadaşov, matçın 86-cı dəqiqəsində Laqos Kunqayla əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button