Azərbaycan millisinin sabiq üzvü Türkiyə klubuyla razılaşdı

Azərbaycan milli komandasının sabiq üzvü Dəniz Yılmazın yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, 32 yaşlı hücumçu Türkiyənin “Elazığspor” klubuna transfer olmağa yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin 2-ci liqasında mübarizə aparan klubun prezidenti Səlçuk Öztürk Dənizə təklif göndərib və hücumçu da buna müsbət yanaşır. Tərəflərin ilkin razılaşma əldə etdiyi bildirilib.

Dəniz Yılmaz 2016-cı ildə Azərbaycan millisinin heyətində 2 oyun keçirib. O, karyerası ərzində Almaniyanın “Maynts”, “Bavariya-2”, Türkiyənin “Elazığspor”, “Trabzonspor”, “Bursaspor” kimi komandalarında forma geyinib. Hücumçu son olaraq 2018/2019 mövsümündə Türkiyənin “Gənclərbirliyi” klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button