“Dinamo” Mahir Emreli üçün 1 milyon avrodan vaz keçdi

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin “Dinamo”ya (Zaqreb) keçidinin detalları məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Mahirin çıxış etdiyi “Legiya” 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün “Dinamo”ya 1 milyon avro borclu olub. Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə müqaviləni ləğv edib.

“Dinamo” Mahir Emreli ilə 4,5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button