Mahir Emreli – 100!

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli “Qarabağ”ın heyətində yubiley oyununu keçirib.

Komanda.az xəbər verir ki, hücumçu Premyer Liqada 100-cü dəfə Ağdam klubunun formasında meydana çıxıb. Bu, 16-cı turun “Neftçi” ilə matçına (0:0) təsadüf edib.

“Qarabağ”ın heyətində 2015-ci ildə debüt edən Mahir 5-ci mövsümdə 100-ə çatıb: 2015/16 – 16, 2016/17 – 21, 2017/18 – 24, 2018/19 – 26, 2019/20 – 13.

Mahirin Premyer Liqada “Qarabağ”ın heyətində keçirdiyi ilk matç 2015-ci il avqustun 23-də AZAL-a qarşı səfər oyunu (2:0) olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button