De Byazidən dünya çempionatının iki ildən bir keçirilməsi fikrinə münasibət

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi dünya çempionatının iki ildən bir keçirilməsi fikrinə münasibət bildirib.

Komanda.az “rsi.ch” saytına istinadən xəbər verir ki, italyan mütəxəssis, mundialın iki ildən bir keçirilməsinin futbolçulara mənfi təsirinin olacağını düşünmədiyini deyib:

“Oyun sayı çox olacaq və izləyicilər üçün bunun nə qədər faydalı olacacağını deyə bilmərəm. Amma tək mənfi tərəflərə baxmayın.

Oyunçu karyerası ərzində özünü necə idarə etməli olduğunu bilirsə, ömür boyu ondan sabit faydalana bilər və istirahət üçün də çox vaxt tapar. Bunun hər hansı mənfi təsirinin olmayacağını düşünmürəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button