Azərbaycan kubokuna start verildi

Basketbol üzrə Azərbaycan kubokunda yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Öncə “Zirvə” və “Xırdalan” komandaları qarşılaşıb. “Zirvə” yalnız 4-cü hissənin son dəqiqəsində rəqibini məğlub etməyi bacarı – 76:71.

İkinci qarşılaşma daha dramatik mübarizə şəraitində keçib. Belə ki, ölkə çempionatında qələbə sevincini yaşaya bilməyən “80-lər” “Sıçrayış”a meydan oxuyub. Xala-xal gedən qarşılaşmada “80-lər” son saniyədə intizarında olduğu zəfərə nail olub – 69:67.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button