Azərbaycan kuboku: Daha beş komanda 1/8 finalda!

Futzal üzrə Azərbaycan kubokunda 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

Komanda.az xəbər verir ki, şənbə günü “Olimpik Star”da daha 5 qarşılaşma baş tutub.

Rəqiblərindən üstün olan “Red Line”, “Star kargo-2”, “Neftçi İK”, “Araz” və “Hövsan” da adını 1/8 finala yazdırıb.

Daha öncə “Yurd MFK”, “Premier” (Quba), “Marafon” və Baku Fans” növbəti mərhələyə yüksəlmişdi. “Xızı Futzal” isə “Baker Tilly” ilə oyun üçün təyin olunan vaxtda meydana çıxmayıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Bazar günü daha 6 qarşılaşma baş tutacaq.

Azərbaycan kuboku, 1/16 finalın cavab oyunları

14 fevral

Yurd MFK – Yasamal İSK-2 5:1
Hakimlər: Rahin Heybətov, Etibar Həsənov, Elvin Ağayev
İlk oyun: 5:4

Bibi-Heybət – Premier (Quba) 4:4
Hakimlər: Rahin Heybətov, Etibar Həsənov, Elvin Ağayev
İlk oyun: 3:5

Altay – Marafon FK 1:6
Hakimlər: Kənan Məlikov, Ziya Nəsirov, Etibar Həsənov
İlk oyun: 1:4

Baker Tilly – Xızı Futsal (“Xızı Futsal” təyin olunan vaxtda meydana çıxmayıb)
Hakimlər: Elvin Ağayev, Elmir Quluzadə, Rahin Heydərov
İlk oyun: 5:0

Zəngilan – Baku Fans 6:1
Hakimlər: Anar Fərəcov, Fuad Həsənov, Elmir Quluzadə
İlk oyun: 2:8

15 fevral

Borçalı – Red Line 2:3
Hakimlər: Ramiz Məhərrəmov, Knyaz Əmiraslanov, Nahid Xasıyev
İlk oyun: 1:2

Star kargo-2 – Star kargo 10:3
Hakimlər: Ramiz Məhərrəmov, Ceyhun Hüseynov, Nahid Xasıyev
İlk oyun: 6:4

Gənclik İK – Neftçi İK 0:11
Hakimlər: Ceyhun Hüseynov, Şakir Quliyev, Mahir Məmmədov
İlk oyun: 0:10

Baker Hughes – Araz 2:13
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Fuad Həsənov
İlk oyun: 2:17

Hövsan – Record club 3:2
Hakimlər: Hikmət Qafarlı, Mehman Mahmudov, Fuad Həsənov
İlk oyun: 8:6

16 fevral

12:00. Dalğa – Standard
Hakimlər: Mahir Məmmədov, Nail Nağıyev, Anar Fərəcov
İlk oyun: 1:6

13:00. Badamlı – Forza Neftçi
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Nail Nağıyev
İlk oyun: 5:2

14:00. Nəqşicahan – Bakı TFK
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Mahir Məmmədov
İlk oyun: 1:1

15:00. NTD – EKOL
Hakimlər: Ramil Namazov, Ziya Nəsirov, Əli Cəbrayılov
İlk oyun: 5:2

16:00. Atletiko Baku – Yasamal İSK
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov
İlk oyun: 4:4

17:00. Advokat – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov
İlk oyun: 4:5

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button