Azərbaycan kubokunda bütün yarımfinalçılar bəlli oldu

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Günün ilk matçında “Zirə” “Səbail”i qəbul edib. Tərəflər arasında baş tutan ilk qarşılaşma qolsuz bərabərliklə bitmişdi. Cavab görüşünün də əsas vaxtında qapılara qol vurulmayıb. Yalnız əlavə vaxtda rəqib qapısına yol tapa bilən zirəlilər yarımfinala vəsiqə qazanıblar.

Günün son matçında isə “Sabah” “Qəbələ” ilə qarşılaşıb. Səfərdə rəqibinə 0:3 hesabıyla uduzan Bakı təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün rəqibini azı 4 top fərqiylə udmalıydı. Amma səfər oyununda da qələbə qazanan “Qəbələ” sürprizə imkan verməyib.

1/4 final mərhələsinin cavab görüşlərinə bu gün keçirilən 2 qarşılaşma ilə yekun vurulub. Əvvəlcə “Sumqayıt” “Neftçi”ni qəbul edib. “Kimyaçılar”a növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də sərf edirdi. “Neftçi” isə ən az 2 top fərqiylə rəqibini məğlub etməliydi. Qarşılaşma qolsuz bitib və növbəti mərhələyə vəsiqəni sumqayıtlılar bayram ediblər.

1/4 finalın son matçında isə “Qarabağ” “Keşlə”nin qonağı olub. İlk oyunda 1:0 hesabıyla qələbə qazanan “köhlən atlar” bu üstünlüklərini qorumağa çalışıblar. 3:1 hesablı qələbəyə sevinən “Qarabağ” sonuncu yarımfinalçı olub.

Beləliklə, yarımfinalda “Qəbələ” “Zirə” ilə, “Qarabağ” isə “Sumqayıt”la qarşılaşacaq.

Azərbaycan kuboku, 1/4 final mərhələsi, cavab oyunları

19 dekabr

Zirə – Səbail 1:0
Qol: Xulio Sezar Rodriqes, 105+1.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 15:00
İlk oyun – 0:0

Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodrigez, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov

Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 19. Ruslan Hacıyev, 3. Turan Manafov, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev

______________________________________________________________________________

Sabah – Qəbələ 2:3
Qol: Bəhlul Mustafazadə, 62; 76 – Davit Volkov, 22; 23. Klesio Bauk, 64.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”, 18:00
İlk oyun – 0:3

Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 97. Emil Qasımov, 20. Anar Panayev, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı
Baş məşqçi: Azər Bağırov

______________________________________________________________________________

20 dekabr

Sumqayıt – Neftçi 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sumqayıt şəhər stadionu, 17:00
İlk oyun – 1:0

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 10. Dario Frederiko, 11. Evangelos Platellas, 77. Donald Gerye, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin

______________________________________________________________________________

Keşlə – Qarabağ 1:3
Qol: Xəzər Mahmudov, 67 – Mahir Emreli, 20. Xayme Romero, 40. Toral Bayramov, 90+2.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 20:00
İlk oyun 0:1

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 7. Tural Bayramlı, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 77. Elmir Rəhimzadə.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 4. Rahil Məmmədov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 10. Dani Kintana, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 3. Aylton Silva, 21. Hacıağa Hacılı, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button