Azərbaycan klublarının avrokuboklardakı rəqibləri nə vaxt bilinəcək?

UEFA Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün təsnifat və qrup mərhələlərinin püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, ilk püşkatma mərasimləri avqust ayında olacaq. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü avqustun 9-da, Avropa Liqasında bu mərhələnin püşkü isə avqustun 10-da atılacaq.

Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə”, “Sumqayıt” isə Avropa Liqasında mübarizə aparacaq.

Çempionlar Liqasında püşkatmalar:
I seçmə mərhələ – 9 avqust
II seçmə mərhələ – 10 avqust
III seçmə mərhələ – 31 avqust
Play-off mərhələsi – 1 sentyabr
Qup mərhələsi – 1 oktyabr

Avropa Liqasında püşkatmalar:
I seçmə mərhələ – 10 avqust
II seçmə mərhələ – 31 avqust
III seçmə mərhələ – 1 sentyabr
Play-off mərhələsi – 18 sentyabr
Qrup mərhələsi – 2 oktyabr

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button