Azərbaycan cüdoçuları reytinqdə irəlilədi

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, Portuqaliyanın Almada şəhərində keçirilən qran-pri turnirinin nəticələri Azərbaycan cüdoçularının mövqeyinə təsir edib.

Yarışın gümüş medalını qazanan Balabəy Ağayev (60 kq) 11 pillə irəliləyib. O, hazırda 1490 xalla 23-cü pillədə qərarlaşıb.

Ən böyük irəliləyişə isə Adil Kərimli (100 kq) imza atıb. Pireneydə beşinci olan cüdoçumuz 18 pillə irəliləyib. O, 612 xalla 50-cidir.

Yeddinci olan Uşanqi Kokauri (+100 kq) isə bir pillə geriləyib. 30 yaşlı gürcüstanlı legioner 2028 xalla 16-cı sıradadır.

“Top-10″da 4 idmançımız yer alıb. Kəramət Hüseynov (60 kq) bir pillə irəliləyərək 2792 xalla 4-cüdür. Orxan Səfərov (66 kq) isə əksinə, bir addım geriləyib. O, 3280 xalla 6-cıdır. Digər iki təmsilçimizin mövqeyi dəyişməz qalıb. Məmmədəli Mehdiyev (90 kq) 3572 xalla 6-cı, Zelim Kotsoyev (100 kq) 3082 xalla 9-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button