Azərbaycan cüdoçuları dünyada birincidir – medallara görə

Cüdo idman növündə 2022-ci ildə beynəlxalq yarışlarda indiyədək ən çox medal qazanan ölkələr bəlli olub.

Azərbaycan Cüdo Federiyasından Komanda.az-a verilən məlumata görə, müxtəlif yaş kateqoriyalarında kişilərdən ibarət Azərbaycan yığmaları 25 qızıl, 16 gümüş və 26 bürünc medala sahib çıxıb.

Azərbaycan kişilər arasında medal sıralamasında dünya ölkələri sırasında birinci pillədə qərarlaşıb.

Yığma ümumi cədvəldə 27 qızıl, 19 gümüş və 31 bürünc medalla üçüncü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button