Azərbaycan çempionatının oyunları Gürcüstanda keçiriləcək

Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua Azərbaycana işgüzar səfərə gəlib.

Komanda.az xəbər verir ki, o, Bakıda olduğu müddətdə Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev, baş katibi Cəlil Cəfərovla və AVF nümayəndələri ilə görüşlər keçirib.

Yığıncaqda bir sıra mövzulara toxunulub. Əsas müzakirə mövzusu isə Gürcüstan klublarının Azərbaycan çempionatında iştirak məsələsi olub. Qonaq, Super Liqada, bu mövsümdən isə Yüksək Liqada da oynayacaq qonşu ölkə komandalarının Azərbaycanda böyük təcrübə topladıqlarını vurğulayıb. O, yarışın daha da kütləviləşməsi üçün Gürcüstanda da hansısa bir turunun, yaxud yarımfinal matçının keçirilməsini təklif edib. Bu, müsbət qarşılanıb və qərara alınıb ki, Azərbaycan klubları da rəqibləri ilə səfərdə oynasın. Nəticədə gürcüstanlı azarkeşlər də Azərbaycan çempionatında olacaq maraqlı görüşləri canlı izləmək imkanına yiyələniblər.

Hansısa turun və ya yarımfinal oyunlarının qonşu ölkədə keçiriləcəyi tarix tezliklə açıqlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button