Azərbaycan çempionatının bütün qalibləri məlum oldu

Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında keçirilən Azərbaycan çempionatının fərdi yarışları başa çatıb.

Komanda.az xəbər verir ki, bütün çəki dərəcələrində qalib gələn cüdoçular bunlardı:

-60 kq Nəcəfov Yaşar
-66 kq Səfərov Orxan
-73 kq Vəliyev Telman
-81 kq Fətiyev Murad
-90 kq Mehdiyev Məmmədəli
-100 kq Mirzəyev Aslan
+100 kq Qəhrəmanov Şahin

Qadınlar
-48 kq Əliyeva Ramilə
-52 kq Məmmədova Zeynəb
-57 kq Munxtsedev İçinxorloo
-63 kq Qardaşxanlı Aytac
-70 kq Həsənli Günel
-78 kq Əmirli Nərmin
+78 kq Zutova Gözəl

Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub. Medalların əyarına görə “Neftçi İdman Klubu” 1-ci yeri tutub. Sonrakı yerlərə “Judo 2012” və “Atilla” klubları layiq görülüblər. Komandaların nümayəndələrinə kuboklar və diplomlar təqdim olunub.

Xatırladaq ki, dekabrın 26-da komanda yarışları üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button