Azərbaycan birinciliyinin vaxtı dəyişdirildi

Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan respublika birinciliyi və çempionatın vaxtı dəyişdirilib.

Komanda.az xəbər verir ki, yarışlar 18-19 dekabr yox, 24-28 dekabr tarixlərində keçiriləcək.

Yeniyetmələr 24-25 dekabr tarixlərində (çəki günü 23 dekabr saat 12:00-dan 17:00-dək), gənclər 26-27 dekabrda (çəki günü 25 dekabr saat 11:00-dan 16:00-dək), böyüklər isə 27 dekabrda (çəki günü 28 dekabr saat 11:00-dan 16:00-dək) yarışacaq.

Birincilik Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button