Azərbaycan Basketbol Federasiyasından Kojuhariylə bağlı açıqlama

Azərbaycan Basketbol Federasiyası (ABF) “Sərkərdə” klubunda çıxış etmiş Nikolay Kojuharinin saxlanılmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, ABF-in icraçı direktoru Vüqar Əzimov moldovalı oyunçunun Azərbaycan Super Liqasında cəmi iki ay çıxış etdiyini bildirib. Əzimov, 28 yaşlı idmançının ümidləri doğrultmadığı üçün göndərildiyini söyləyib:

“Kojuhari “Sərkərdə”də çempionatın start götürdüyü ötən ilin oktyabrından dekabrın sonlarınadək çıxış etdi. Lakin o, ümidləri doğrultmadığı üçün komandadan kənarlaşdırıldı”.

Federasiya rəsmisi Kojuharinin narkotik bitki satdığı üçün saxlanılması xəbərinin onlar üçün gözlənilməz olduğunu əlavə edib. (Report)

Kojuhari İrlandiyada narkotik maddə satdığı üçün həbs olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button