Azərbaycan badmintonçusu 1/16 finalda dayandı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tailandın paytaxtı Banqkok şəhərində keçirilən “HSBC BWF World Tour Super 500” seriyalı “Tailand Open-2022” turnirində çıxış edib.

Komanda.az xəbər verir ki, nüfuzlu turnirin təsnifat mərhələsindən 1/16 finala vəsiqə qazanan Edi bu mərhələdə kişi badmintonçuların şəxsi reytinqində 6-cı sırada qərarlaşan Malaziya təmsilçisi Li Zi Jia ilə qarşılaşıb.

İlk setdə rəqibinə ciddi müqavimət göstərən badmintoçumuz rəqibinə 19-21 hesabı ilə uduzub. İkinci seti aşkar üstünlüklə (9-21) bitirən Li Zi Jia turnirin 1/8 finalına vəsiqə qazanıb.

Təsnifat mərhələsində 2 qələbə qazanan Edi hesabına 2220 reytinq xalı yazdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button