Azərbaycan millisinin baş məşqçisi federasiya prezidenti oldu

Bu gün Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) videokonfrans formatında konfransı keçirilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, konfransda Sahə Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Əlillər Futbolu Federasiyasının icraçı direktoru, eşitməqüsurlu futbolçulardan ibarət milli komandanın baş məşqçisi Elşad İbrahimli və digər rəsmi şəxslər iştirak ediblər. Konfransı giriş sözü ilə Mahir Məmmədov açıb. Əvvəlcə Əlillər Futbolu Federasiyasının sabiq prezidenti mərhum Şaiq Həmidovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra federasiyanın icraçı direktoru ötən müddət ərzində görülmüş işlər barədə hesabat xarakterli çıxış edib. Konfransda Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli federasiyanın prezidenti seçilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button