Azər Əliyevli “Ufa”dan “Dinamo” ilə heç-heçə

Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Əliyev 43-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Ufa” 6 oyuna topladığı 5 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button